• 26 Oktyabr 2020
logo
Hövsanın Bağlar yaşayış massivinin sakinləri telefonsuz qalıblar

Hövsanın Bağlar yaşayış massivinin sakinləri telefonsuz qalıblar - Fotolar

Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivinin bir qrup sakini evlərinə telefon xətti çəkdirə bilmədiklərindən şikayətləniblər.

Redaksiyamıza edilən müraciətdə deyilir ki, paylayıcı dirəklə evlər arasında 60 metr məsafənin olmasına baxmayaraq Suraxanı rayon Telefon qovşağı sakinləri telefon xəttiylə təmin etmək istəmir. Müxtəlif bəhanələrlə paylayıcıda boş yerin olmadığını bildiriblər.

Adıçəkilən masivin 0736 nömrəli evin 0736 saylı mənzilin sakini bildirib ki, pandemiya ilə bağlı məlum səbəblərdən məktəblilərə dərslər onlayn formada keçirildiyindən uşaqlar dərs prosesində iştirak edə bilmirlər: "Burada çoxunun pulu yoxdur ki, telefonla internetə girə bilib onlayn dərsə qoşula bilsinlər. Qonşunun oğlu iki saat dərsdə iştirak etmək üçün 7 manat kontra pul verib. Hər gün 3-4 dərs keçirilərsə axı 10 manat kontra pul verilməlidir. Bu da qeyri-mümkündür. Dəfələrlə etdiyimiz müraciətlərin əksəriyyəti ya cavabsız qalıb, ya da müxtəlif bəhanələrlə rədd edilir. Halbuki ətrafda yaşayanlar telefon xəttiylə təmin ediliblər".

Sakinlər nazirliyə şikayət edəcəklərini, müsbət cavab almayacaqları təqdirdə müvafiq hüquq-mühafizə orqanlarına üz tutacaqlarını da qeyd ediblər.
Avrasiya.net