• 19 Mart 2024
logo
Azərbaycanda meşələrin qorunması mühafizə polisinə və ya özəl təşkilatlara həvalə oluna bilər

Azərbaycanda meşələrin qorunması mühafizə polisinə və ya özəl təşkilatlara həvalə oluna bilər

“Meşələrin mühafizəsinin digər qurumlara, mühafizə təşkilatlarına və ya özəl təşkilatlara verilməsi barədə düşünmüşük”.

Bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov deyib.

O bildirib ki, bununla bağlı təkliflər hazırlanır: “Meşələrin qorunmasının mühafizə polisinə, birgə mühafizəyə və ya özəl müəssisəyə verilməsi haqda təkliflərimiz var”.