• 19 Mart 2024
logo
Bəzi rayonlarda dolu düşəcək - XƏBƏRDARLIQ

Bəzi rayonlarda dolu düşəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında sentyabrın 19-u gündüzdən 20-si səhərədək şimal-qərb küləyinin qısa müddətə 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata görə, sentyabrın 19-da Azərbaycanın bəzi rayonlarında qərb küləyinin 15-20 m/s, arabir 25-30 m/s, bəzi Kür vadisi rayonlarda arabir 35 m/s-dək güclənəcəyi, bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı ehtimal olunur.