• 1 İyul 2025
logo
Qazaxda “KamAZ” yolu keçən piyadanı vurub öldürdü

Qazaxda “KamAZ” yolu keçən piyadanı vurub öldürdü

Qazax şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyunun 17-də saat 17 radələrində Qazax şəhəri ərazisində Göygöl rayon sakini A.Musayev idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən şəhər sakini Turxan Bondarovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.