• 24 Aprel 2024
logo
Deputat komitə iclaslarının regionlarda da keçirilməsini təklif edib

Deputat komitə iclaslarının regionlarda da keçirilməsini təklif edib

“Milli Məclisin İnsan hüquqları komitəsinin QHT-lərlə görüşlər keçirməsi məsələsi çox yaxşıdır. Hətta biz komitə iclaslarını bölgələrdə də keçirə bilərik. Bölgələrdə olan QHT-lərlə də görüşlər keçirilməlidir. Regionlarda fəaliyyətimizi davam etdirəriksə, müsbət irəliləyişlər ola bilər”.

APA-nın məlumatına görə, bunu İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.

O bildirib ki, bununla Azərbaycanın tək Bakıdan ibarət olmadığı göstərilmiş olar: “Xüsusilə regionlarda hüquqları tapdalanan insanların hüquqların bərpası üçün bütün deputatlar və komitəmiz birgə işlər görə bilərik”.