• 27 Aprel 2024
logo
Türkiyənin Muş vilayətində 4,7 bal gücündə zəlzələ olub

Türkiyənin Muş vilayətində 4,7 bal gücündə zəlzələ olub

Bu gün Türkiyənin Muş vilayətinin Qorqud rayonunda 4,7 bal gücündə zəlzələ olub.

APA-nın yerli bürosunun Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən verdiyi xəbərə görə, zəlzələ yerli vaxtla 17.48-də 16.24 kilometr dərinlikdə baş verib, təkanlar ətraf bölgələrdə də hiss edilib.

Dağıntı və tələfat barədə hələlik məlumat verilməyib.