• 20 Sentyabr 2020
logo
Niderlandda Azərbaycan Evi təşkilatının növbəti görüşü keçirildi

Niderlandda Azərbaycan Evi təşkilatının növbəti görüşü keçirildi

Den Haag şəhəri CDA və EFF beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları Anton Wijkhuijs, Astrid Frey, Hege Knaven, Daniel Francken ilə Niderland Azərbaycan evinin nümayəndələri arasında videokonfrans vasitəsi ilə görüş keçirilib.

Görüş zamanı Ermənistanın 1988-ci ildən Azərbaycan torpaqlarında apardıqları işğalçılıq siyasəti, Rusiyanın regionda apardığı birtərəfli siyasət və erməni separatçılarını Dağlıq Qarabağda dəstəkləməsi, Avropa və Nederland mətbuatında erməni yalanlarının təbliği əsas müzakirə mövzusu olub.

Görüşdə çıxış edən Niderland Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli bildirib ki, Azərbaycan beynəlxalq hüquq və qanunlara uyğun olaraq işğala son qoyulmasını istəyir:

"Ermənistan Silahlı qüvvələri 12 iyul 2020-ci il tarixində Azərbaycandan Avropaya tranzit daşınan qaz, neft, dəmir yolu xətlərini ələ keçirtmək niyyəti ilə Tovuz istiqamətində Azərbaycan torpaqlarına hücum edib. Nəticədə Azərbaycan ordusunun 12 nəfər əsgər və yüksək rütbəli hərbçiləri, 1 nəfər mülki vətəndaşı şəhid olub. Ermənilər sülhsevər deyil, aqressiv işğalçı bir siyasət aparır. Biz Azərbaycanın Ermənistan tərəfindən işğalçı siyasətinə son qoyulmasını, işğal etdikləri Azərbaycan torpaqlarından geri çəkilməsini və işğal edilmiş ərazilərimizin qeyri-şərtsiz Azərbaycana geri qaytarılmasını, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına dönməsini istəyirik. Biz istəyirik ki, BMT-nin bu münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnaməsi, AŞPA-nın, AB-in qətnamə və qərarları yerinə yetirilsin. Avropanın bir çox ölkələri isə hələ də bu hadisələrə göz yumaraq siyasi və hüquqi qiymət vermir. İşğalçı bir dövlətə arxa dururlar.
Görüş iştirakçılarından Asrtid Freyin sizin və eləcə də ermənilər üçün Qarabağ niyə bu qədər önəmlidir? Qarabağın təbii sərvətləri varmı? sualina cavab olaraq E. Mirhəşimli bildirib ki, Qarabağda neft və qaz kimi təbii sərvət yoxdur. Biz yaşadığımız torpağı təkcə təbii sərvətinə görə sevmirik. Bu torpaqlar bizim ata-baba torpaqlarımızdır. Ermənilər üçün isə, az öncə dediyim kimi, Qarabağın işğalı Qafqazda Rusiyanın maraqlarını təmin etmək və təsirini saxlamaq üçün önəmlidir. Ermənilər bizim torpaqlarda bizimlə birlikdə yaşamaq istəmirsə, gedib Ermənistanda yaşaya bilərlər. Onların bir dövləti var və bizim torpaqlarımızda ikinci bir Ermənistan dövlətinin yaradılmasına izn verə bilmərik. Hər hansı bir dövlətdə, deyək ki, Niderlandda ermənilər toplum halında yaşayırsa, o demək deyil ki, onlar orada yeni bir erməni dövləti qurmalıdır".

Daha sonra konfransda iştirak edən Azərbaycan tərəfi iştirakçılara Xocalıda ermənilərin törətdikləri vəhşilikdən də geniş məlumat veriblər. Nederlandda , Belçikada “Asala” terror təşkilatı üzvlərinin “Asala” yazılı köynəkləri ilə Avropanın mərkəzində Azərbaycan diplomatik korpuslarının önunə gəlmələrinə də diqqət çəkən Azərbaycan evinin nümayəndələri, Niderland mediasında da Azərbaycan və onun ermənilər tərəfindən işğal edilmiş Qarabağ bölgəsi haqqında hər zaman birtərəfli və qərəzli məlumatlar yazıldığını da partiya üzvlərinin diqqətinə çatdırıblar. Və bildirdilər ki,Niderland mediası siyasətçilərin və media nümayəndələrinin birtərəfli mövqe tutmaması üçün bizim də fikrimizi öyrənilməli, gerçəklikləri çatdırmaq üçün bizə də şərait yaratmalıdır.