• 1 Oktyabr 2020
logo
Daha 350 nəfər Gürcüstandan Azərbaycana təxliyə edilir

Daha 350 nəfər Gürcüstandan Azərbaycana təxliyə edilir

Xarici ölkələrdəki Azərbaycan vətəndaşların ölkəyə gətirilməsi davam etdirilir.

Bu gün Gürcüstandan daha 350 nəfərin ölkəyə gətirilməsinə başlanıb. Onlardan 97-si Azərbaycan, 245-i Gürcüstan, 4-ü Rusiya, 2-si Qazaxıstan, 1-i Türkiytə, 1 nəfəri isə Ukrayna vətəndaşıdır.

Təxliyyə olunanlar artıq Gürcüstanda koronavirusa qarşı testlərdən keçiblər. COVİD-19 virusu aşkarlanmayan şəxslərə 48 saat müddətində qüvvədə olacaq arayışlar verilib. Həmin şəxslər Azərbaycanın Gürcüstandakı Səfirliyinin qarşısından xüsusi marşrutlarla "Qırmızı keçid" Sərhəd Keçid Məntəqəsinə gətirilib.