• 23 Sentyabr 2020
logo
Azərbaycan əhalisi avqustda dərman və tibbi ləvazimatlara 56 mln. manatdan çox xərcləyib

Azərbaycan əhalisi avqustda dərman və tibbi ləvazimatlara 56 mln. manatdan çox xərcləyib

Bu ilin yanvar-avqust aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatları 439,6 mln. manat xərcləyib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 37,7% və ya 120,3 mln. manat artıb. Təkcə avqust ayında isə əhaliyə 56,3 mln. manat həcmində əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb ki, bu da iyul ayı ilə müqayisədə 11,6% azdır.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 1,8%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz bəndi çoxdur.