Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirusa (COVID-19) yoluxanların ümumi sayı 328-ə çatıb.
APA-nın "news.am"a istinadən verdiyi xəbərə görə, Dağlıq Qarabağda son sutkada 5 yeni yoluxma faktı qeydə alınıb.
İndiyədək infeksiyaya yoluxanlardan 283 nəfər sağalıb, 43 nəfərin müalicəsi davam edir, onlardan 7 nəfərin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti isə orta ağırdır.
Hazırda 64 nəfər karantindədir.
İndiyədək analiz nəticəsi müsbət çıxan iki nəfər vəfat edib. Lakin onların digər xəstəliklərdən vəfat etdiyi bildirilir.