• 23 Sentyabr 2020
logo
Yaroslavl və Bakı arasında birbaşa aviareys açıla bilər

Yaroslavl və Bakı arasında birbaşa aviareys açıla bilər

Rusiyanın Yaroslavl vilayəti Azərbaycanın aparıcı xarici ticarət tərəfdaşlarından biri olmaq potensialına malikdir.

Bunu Rusiya Federasiyasının Azərbaycandakı Ticarət Nümayəndəsi Ruslan Mirsayapov deyib.

"Rusiyanın biznes assosiasiyaları və müəssisələri hərtərəfli dəstəyə güvənə bilər. 2020-ci ilin birinci yarısında Yaroslavl vilayətinin Azərbaycana ixracı 9% artıb. Eyni zamanda, Azərbaycan ikitərəfli turizmin inkişafı, müştərək turizm məhsullarının yaradılmasında maraqlıdır. Yaroslavlla Bakı arasında birbaşa uçuşların açılması imkanları nəzərdən keçirilir", - deyə R. Mirsayapov qeyd edib.