• 30 Sentyabr 2020
logo
ADU-nun baş müəllimi vəfat edib

ADU-nun baş müəllimi vəfat edib

Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının baş müəllimi İlahə Kazımova vəfat edib.

Universitetdən verilən məlumata görə, 55 yaşlı müəllim Bakı şəhərində torpağa tapşırılıb: “Azərbaycan Dillər Universitetinin rəhbərliyi və kollektivi İlahə Kazımovanın vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin”.