• 13 Dekabr 2019
logo
add image
Bakı-Sumqayıt yolunda baş verən qəzada 5 nəfər yaralanıb

Bakı-Sumqayıt yolunda baş verən qəzada 5 nəfər yaralanıb

Bakı-Sumqayıt yolunun Xırdalan dairəsi adlanan ərazisində baş verən avtobus qəzası nəticəsində 5 nəfər xəsarət alıb.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, qəza nəticəsində 50, 58, 41 yaşlı qadınlar və 59, 23 yaşlı kişilər olmaqla ümumilikdə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Respublika Klinik Xəstəxanasına müraciət edib.
Yaralılara lazımi tibbi yardımlar göstərilib və ambulator müalicəyə buraxılıblar.
Xatırladaq ki, bu gün səhər saatlarında Xırdalan dairəsi adlanan ərazidə turizm şirkətlərindən birinə məxsus avtobusla sərnişin avtobusunun toqquşması nəticəsində zəncirvari qəza baş verib.
Hadisə zamanı Bakı-Sumqayıt yolu bağlanıb, Xırdalan dairəsi ərazisində avtomobillərin tıxacı yaranıb.