• 6 İyul 2025
logo
ETSN Bəhramtəpə qum-çınqıl yatağında nöqsanlar aşkarlayıb

ETSN Bəhramtəpə qum-çınqıl yatağında nöqsanlar aşkarlayıb

“Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi olaraq sentyabrın 1-də Nardaran Daş karxanasında və ərazidə olan digər karxanalarda olduq, əhali ilə görüşüb problemlərini dinlədik”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı” verilişində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri Samir Qurbanov bildirib.

Onun sözlərinə görə, həqiqətən də orada yaranan səs-küyün şahidi olublar: “Gördük ki, həqiqətən də belə hallar var. Biz bu məsələdə vətəndaşların yanındayıq, buna biganə qalmırıq. Bununla bağlı artıq həmin müəssisəyə müvafiq xəbərdarlıq da verilib. Hazırda tədbirlər görülür, qanunvericilik çərçivəsində müəyyən prosedurlar var, buna da əməl olunmalıdır. Bu məsələ Agentliyin diqqətindədir”.
Eyni zamanda S. Qurbanov qeyd edib ki, İmişli rayonunda bir çox qum-çınqıl yataqlarının monitorinqi keçirilib: “O cümlədən Bəhramtəpə qum-çınqıl yatağı monitorinq obyekti olub. Monitorinq zamanı müəyyən nöqsanlar aşkarlanıb. İcra hakimiyyətinin verdiyi sərəncamın yer quruluşu planında nəzərdə tutulan koordinatla üst-üstə düşməməsi halı müəyyən olunub”.