• 28 Mart 2025
logo
Avtobusların toqquşması Bakıda tıxac yaratdı

Avtobusların toqquşması Bakıda tıxac yaratdı

Trend-in məlumatına görə, bu gün səhər saatlarında Xırdalan dairəsi adlanan ərazidə turizm şirkətlərindən birinə məxsus avtobusla sərnişin avtobusunun toqquşması nəticəsində zəncirvari qəza baş verib.
Hadisə zamanı Bakı-Sumqayıt yolu bağlanıb, Xırdalan dairəsi ərazisində avtomobillərin tıxacı yaranıb.
Qəza nəticəsində ölən olmayıb, yüngül xəsarət alanlar var. Hazırda qəza törətmiş avtomobillər ərazidən evakuasiya olunur.