• 24 Avqust 2019
logo
add image
Nərimanovda Bakı şəhər sakininə odlu silahla atəş açılıb

Nərimanovda Bakı şəhər sakininə odlu silahla atəş açılıb

Avqustun 5-də Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Z.Sədiyevə odlu silahdan atəş açaraq xəsarət yetirməkdə şübhəli bilinən R.Sadıqov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, avqustun 5-də Nərimanov rayonunun Atatürk prospektində naməlum şəxs xuliqanlıq zəminində Bakı şəhər sakini Z.Sədiyevin sağ ayaq nahiyəsinə odlu silahdan açdığı atəşlə xəsarət yetirib.
Z.Sədiyev xəstəxanaya gətirilib, vəziyyəti qənaətbəxşdir.
Bakı şəhər BPİ və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Salyan rayon sakini R.Sadıqov saxlanılıb.