• 1 Oktyabr 2020
logo
"Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması həmişə hökumətin  diqqətində olub"

"Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması həmişə hökumətin  diqqətində olub"

Pandemiya dövründə əhalinin sosial müdafiəsinin təmin edilməsi istiqamətində bir sıra yeni sosial layihələr həyata keçirilib. Buna misal olaraq əhalinin aztəminatlı təbəqəsinə, pandemiyadan zərər çəkən insanlara sosial yardımların verilməsi, özəl sektorda çalışan insanların əməkhaqqının yarısının dövlət tərəfindən ödənilməsi kimi məsələləri çəkmək olar. Beş milyona yaxın insan geniş sosial paketlə əhatə olunub. Dövlət sektorunda, özəl sektorda işləyənlər, işsizlər, qeyri-formal işləyənlər, aztəminatlı təbəqə dövlət tərəfindən maddi dəstəklə təmin edilib.

Bunu xalqcebhesi.az-a politoloq Mirsamir Məmmədov koronavirus dönəmində hökumətin əhalinin sosial iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra sosial layihələrin həyata keçirilməsində münasibətində açıqlayıb.

Politoloq qeyd edib ki, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması hökumətin həmişə diqqətində olub: “Cənab prezidentimizin sərəncam və qərarları, onun göstərişi ilə yerlərdə həyata keçirilən tədbirlər əhali tərəfindən rəğbətlə qarşılanıb. Bura 10 modul tipli xəstəxanın tikintisini də daxil edə bilərik. Ölkə rəhbərliyi bununla qabaqlayıcı tədbirlər görür. Digər tərəfdən pandemiya dövründə insanların maska və digər tibbi ləvazimatların daxili imkanlar hesabına təmin olunması məqsədi ilə qısa zaman kəsiyində bir sıra istehsal müəssisələri istifadəyə verilib”.

M.Məmmədov bildirib ki, Azərbaycan dövləti əhalinin rifah halının yüksəldilməsi və sosial infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması istiqamətində mühüm tədbirlər həyata keçirir. Bu məqsədlə ölkədə çoxsaylı dövlət proqramları qəbul olunub, bunların əsasında böyük layihələr icra edilib. Ölkədə işsizlik probleminin aradan qaldırılması istiqamətində həyata keçirilən işlərə toxunan politoloq bildirib ki, əhalinin məşğulluğunun təmin edilməsi əsas məqsədlərdən biridir: “Əhalinin həssas təbəqəsinin sosial problemlərinin həlli məqsədi ilə 90 min insan sosial işlərlə təmin olunması prosesi davam edir. Dövlət başçısı öz çıxışlarında dəfərlə bildirib ki, apardığı siyasətin başlıca istiqaməti xalqa xidmət etməkdir. Ölkə başçısı xalqın sosial rifahının yaxşılaşdırılması üçün bütün imkanlardan istifadə olunacağını bəyan edib".

Onun sözlərinə görə, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə pandemiya dövründə reallaşdırılan genişmiqyaslı sosial dəstək paketi 5 milyona yaxın insanı əhatə edir. Bu paket çərçivəsində dövlət və özəl sektorda muzdla çalışan 1 milyon 665 min (o cümlədən özəl sektorda 751,3 min) işçinin iş yerlərinin və əməkhaqqı gəlirlərinin qorunması, 2 milyon vətəndaşa sosial təminat növləri (pensiya, təqaüd, müavinət) üzrə ödənişlərin davamlılığı təmin edilib.
Aprel-may aylarında 600 minədək, daha sonra sərt karantin rejiminin tətbiq edildiyi 16 rayon və şəhər üzrə 283 min aztəminatlı işsiz şəxsi əhatə edən 190 manat birdəfəlik ödəmə proqramı icra olunub.
Ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırılıb və özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min ailənin kiçik təsərrüfatlarının qurulması işləri aparılır. Həmçinin 85 min ailənin 350 min üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin olunur.
Eyni zamanda, 100 minədək tənha yaşlı, əlilliyi olan şəxs, aztəminatlı ailə ərzaq yardımı ilə təminatı həyata keçirilib, 20 minədək şəxsin işsizlikdən sığorta ödənişi əhatə olunması işləri görülür.

Qeyd olunub ki, Azərbaycanda koronavirusla mübarizə sahəsində görülən işlər, ilk gündən həyata keçirilən tədbirlər ölkəmizdə koronavirus xəstəliyinin nəzarət altında saxlanmasına şərait yaratdı. Bununla bərabər Azərbaycan hökuməti Prezidentin tapşırığı ilə pandemiya dövründə heç bir sosial layihəni ixtisara salmadı. Əksinə, sosial tədbirləri daha da gücləndirmək istiqamətində addımlar atdı. Ölkəmizdə koronavirusla mübarizə sahəsində görülən və bu gün də davam edən işlərdən biri bu sahədə maarifləndirmədir. Pandemiyadan az itkilərlə çıxmaq üçün vacib olan üç şərtin - məsafə saxlamaq, şəxsi gigiyenaya riayət etmək və məsuliyyətli olmağın təbliğinə xüsusi diqqət yetirilir.

Cavid