• 3 İyul 2025
logo
Rusiyadan təxliyyə edilmiş Azərbaycan vətəndaşları ilə görüşlər keçirilib

Rusiyadan təxliyyə edilmiş Azərbaycan vətəndaşları ilə görüşlər keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları koronavirus pandemiyası ilə əlaqədar Rusiyadan təxliyyə edilərək vətənə qayıtmiş Azərbaycan vətəndaşları ilə görüşlər keçiriblər.

Nazirlikdən verilən məlumata görə, həmin vətəndaşların, eləcə də ailələrinin mövcud sosial vəziyyətləri öyrənilib. Onların qarşılaşdıqları və nazirliyin səlahiyyət dairəsinə aid məsələlərin qeydiyyatı aparılıb.

Bu məsələlərin (o cümlədən əlilliyin təyinatı, pensiya təminatı və s.) həllində qanunvericilik çərçivəsində onlara və ailələrinə ehtiyac duyduqları sosial dəstəyin göstəriləcəyi bildirilib.