• 1 İyul 2025
logo
Xızıda dağlıq ərazidə yanğın başlayıb, yanğının söndürülməsinə iki helikopter cəlb olunub

Xızıda dağlıq ərazidə yanğın başlayıb, yanğının söndürülməsinə iki helikopter cəlb olunub

Xızı rayonunun Dizəvər kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 helikopteri yanğınsöndürmə işlərinə cəlb edilib.

Hazırda yanğının söndürülməsi üçün təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.