• 23 Oktyabr 2021
logo
Sərt karantin elan edilən rayonlardan Qəbələyə gələn şəxslər cərimələnib

Sərt karantin elan edilən rayonlardan Qəbələyə gələn şəxslər cərimələnib

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reyd zamanı sərtləşdirilmiş xüsusi karantin rejimi elan edilən şəhər və rayonlardan qaydaları pozaraq, istirahət məqsədilə rayona gələn şəxslər barəsində inzibati qaydada tədbir görülüb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayon ərazisində hərəkət edən avtomobillər yoxlanış məqsədilə saxlanılıb. Planşet vasitəsilə yoxlanılan zaman bəzi sürücü və sərnişinlərin qaydaları pozaraq, rayona gəldiyi müəyyən edilib. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə cərimə protokolu tərtib olunub.