• 21 Yanvar 2021
logo
Vasif Əliyev: Seroloji testlər bölgələrdə də keçiriləcək

Vasif Əliyev: Seroloji testlər bölgələrdə də keçiriləcək

Önümüzdəki günlərdə seroloji testlər bölgələrdə də keçiriləcək.

Bunu açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib. Onun sözlərinə görə, testlərin keçirilsə də, nəticələr barədə işin yekununda açıqlama veriləcək:

“Bilirsiniz ki, ümumilikdə 1500 nəfər vətəndaşdan analiz götürülməsi nəzərdə tutulur. Hazırda bu testlər Bakı, Sumqayıt və Gəncə şəhərlərində aparılır. Önümüzdəki günlərdə isə digər regionlarda da bu işlər görüləcək”.