Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimindən sonra qida zəhərlənməsi ilə əlaqədar Mərkəzi Rayon Xəstəxanasına və Diaqnostika Mərkəzinə müraciət edənlərin sayı 89 nəfərə çatıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müraciət edənlərin 19-u qadın, 8-i uşaq, qalanları kişilərdir.
Zəhərlənmə etimalı ilə müraciət edənlərin hamısına Qəbələ Mərkəzi Rayon Xəstəxanasında lazımi yardım göstərilib. Hazırda xəstəxanada 1 nəfər - 2004-cü il təvəllüdlü Əsgərov Bayram Bilal oğlu müalicəsini davam etdirir.