• 20 Avqust 2019
logo
add image
Qənirə Paşayeva ilə Yunus Oğuzun Tovuzda möhtəşəm görüşü

Qənirə Paşayeva ilə Yunus Oğuzun Tovuzda möhtəşəm görüşü - FOTOLAR

Avqustun 4-də Tovuz şəhəri Puşkin adına orta məktəbdə millət vəkili Qənirə xanım Paşayevanın təşəbbüsü ilə yazıçı-publisist Yunus Oğuzun oxucularla görüşü kecirilib. Görüşdə şəhər ictimaiyyəti, kitabsevərlər və rayonun kəndlərindən müxtəlif məktəblərin nümayəndələri və kənd sakinləri iştirak ediblər. Görüşü giriş sözü ilə Qənirə Paşayeva açdı və "Azərbaycan tarixini bilmək nəyə lazimdır?" adlı məruzə ilə çıxış etdi. Məruzədə Azərbaycan tarixi, vətənpərvərlik mövzularında Yunus Oğuzun kitablarının əsl mövqeyini açıqladı. Bu kitablarda milli və mənəvi dəyərlərimizin təbliğinin neçə aparılmasından danışdı. Daha sonra Yunus Oğuz Qənirə Paşayevanın çıxışını davam etdirərək "Tarix nədir və nə üçün bilməliyik?" mövzusunda məruzə etdi. Sonra yazıçı tədbir iştirakcılarının çoxsaylı suallarına cavab verdi və 160-dan çox kitab Tovuz ictimaiyyətinə və şagirdlərə imza ilə paylanıldı.