• 28 Mart 2025
logo
Paytaxtda qaz xəttinin üzərinə ağac aşıb - 2 bina qazsız qalıb

Paytaxtda qaz xəttinin üzərinə ağac aşıb - 2 bina qazsız qalıb

Nəsimi rayonu Dilarə Əliyeva 243 və 249 saylı binaları təbii qazla təmin edən aşağı təzyiqli qaz xətti ağac aşması nəticəsində zədələnib.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
500 abonentin qaz təminatında məhdudiyyət yaranıb.
Qeyd edək ki, bu gün Abşeron yarımadasında küləyin sürəti saniyədə 23-28, bəzən 30-35 metrədək çatır.