• 28 Mart 2025
logo
Bakıda güclü külək nəticəsində xəsarət alan var

Bakıda güclü külək nəticəsində xəsarət alan var

Bakının Səbail rayonunda Azərbaycan Dövlət Filarmoniyasının yaxınlığında güclü külək nəticəsində qırılan ağacın budağı 20 yaşlı qadının üzərinə düşüb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təcili tibbi yardım üçün çağırış saat 12.05-də daxil olub.
Xəstə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onun vəziyyəti orta ağırdır.