• 23 Mart 2025
logo
Sumqayıtda ağac budağı 10 yaşlı qızın başına düşdü

Sumqayıtda ağac budağı 10 yaşlı qızın başına düşdü

Sumqayıt şəhərinin 12-ci mikrorayonunda 10 yaşlı qızın başına ağac budaqları sınıb tökülüb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sumqayıt şəhər xəstəxanasına çatdırılan xəstəyə qapalı kəllə-beyin travması və gicgah nahiyəsindən beyin əsasına keçən sınıq diaqnozu qoyulub:
"Xəstə hazırda reanimasiya şöbəsində müalicə olunur, huşu aydındır. Vəziyyəti orta-ağırlıqdadır".