• 24 Oktyabr 2021
logo
Qobustan şəhərində iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

Qobustan şəhərində iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

Qobustan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib. Məlumata görə, avqustun 20-də saat 14 radələrində Qobustan şəhəri ərazisində Bakı şəhər sakini Q.Şahverdiyev idarə etdiyi “Kia” markalı avtomobili qarşıda gedən Təklə kənd sakini B.Cəbrayılovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub. Hadisə nəticəsində Q.Şahverdiyevin sərnişini, qohumu Aytac Məmmədova hadisə yerində ölüb, özü və digər 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.