• 1 İyul 2025
logo
Paytaxtda karantin qaydalarına əməl etməyən idman zalı aşkarlanıb

Paytaxtda karantin qaydalarına əməl etməyən idman zalı aşkarlanıb

Paytaxtın Binəqədi rayonunda rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, qapalı məkanda fəaliyyət göstərən, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan idman zalı aşkarlanıb.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Mircəlal küçəsində yerləşən idman-məşq zalında 9 nəfər müəyyən olunub.

Sanitar-epidemioloji normaları pozan şəxslər müvafiq polis bölməsinə dəvət olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə hər biri barəsində protokol tərtib olunub.