Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xüsusi əməliyyatı zamanı Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov saxlanılıb.
Ceyhun Cəfərovla birgə icra başçısının birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və başqaları saxlanılıblar.
Məlumata görə, vəzifəli şəxslər rüşvət almaqda, dövlət əmlakını mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinirlər.
Xatırladaq ki, Ceyhun Cəfərov 2006-cı il iyunun 19-dan 2011-ci il martın 3-dək Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 2011-ci il martın 3-dən 2014-cü il aprelin 16-dək Tərtər Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində işləyib.
Ölkə başçısının 16 aprel 2014-cü il tarixli sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qeyd edək ki, Ceyhun Cəfərovun “Rabitə işi”ndə həbs edilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalovun qaynı olduğu bildirilir.