• 23 Yanvar 2021
logo
BNA: Bəzi küçə və prospektlərdə sıxlıq müşahidə olunur

BNA: Bəzi küçə və prospektlərdə sıxlıq müşahidə olunur

Hazırda Bakının bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, sıxlıq olan küçə və prospektlərdən keçən marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr var.

Sıxlıq aşağıda adları qeyd edilən küçə və prospektlərdə müşahidə olunur:

Z.Bünyadov prospekti Ə.Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq 20 Yanvar dairəsi istiqamətində

Binəqədi şossesi Azadlıq prospekti istiqamətində

Moskva prospekti 20 Yanvar dairəsi istiqamətində

Bakı-Sumqayıt şossesi şəhər istiqamətində

Zabrat şossesi H.Əliyev prospekti istiqamətində.