• 27 İyul 2024
logo
Paytaxtda ağacların qurudulması faktı aşkar edildi

Paytaxtda ağacların qurudulması faktı aşkar edildi

Bakıda Heydər Əliyev prospekti 103 A ünvanında ağacların qurudulması ilə bağlı ETSN-ə daxil olan şikayət Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı sözügedən ünvanda “Azərsu” ASC-yə məxsus binanın həyətində aparılan tikinti işləri zamanı ağacların qurudulduğu faktı aşkar edilib.
Faktla bağlı “Azərsu” ASC barəsində protokol tərtib olunub və toplanmış materiallar məhkəməyə hazırlanır.