• 16 İyul 2019
logo
add image
Balakəndə külli miqdarda narkotik vasitə aşkarlanıb

Balakəndə külli miqdarda narkotik vasitə aşkarlanıb

Balakən sakininin evindən külli miqdarda narkotik vasitə aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları iyunun 17-də daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əkini ilə məşğul olmaqda şübhəli bilinən rayonun Tülü kənd sakini Rövşən Əliyev saxlanılıb.
Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 98 ədəd narkotik tərkibli çətənə bitkisi və 19 ədəd ayrı-ayrı sellofan torbalarda ümumi çəkisi 11 kiloqrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.