• 26 Aprel 2024
logo
"Yeni Klinika"da Çindən gələn nümayəndə heyətinin iştirakı ilə videokonfrans keçirilib

"Yeni Klinika"da Çindən gələn nümayəndə heyətinin iştirakı ilə videokonfrans keçirilib

Avqustun 12-də TƏBİB tərəfindən "Yeni Klinika" tibb müəssisəsinin nəzdində yaradılmış Təlim-tədris Mərkəzində Çin Xalq Respublikasından gələn nümayəndə heyəti, pandemiya xəstəxanalarının rəhbərləri və aparıcı mütəxəssislərinin iştirakı ilə videokonfrans keçirilib.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, videokonfransda koronovirus infeksiyasına yoluxmuş şəxslərin ÇXR-da və ÜST-nın protokolları əsasında müalicəsi, eyni zamanda xəstəliyin müalicəsində Çin Xalq təbabətinin tətbiqi mövzusunda çıxışlar dinlənilib və təqdimatlar nümayiş etdirilib.