• 27 Sentyabr 2020
logo
Dənizçilərə Sosial Dəstək İctimai Birliyinin növbəti yığıncağı keçirilib

Dənizçilərə Sosial Dəstək İctimai Birliyinin növbəti yığıncağı keçirilib

Dənizçilərə Sosial Dəstək İctimai Birliyinin (DSDİB) növbəti yığıncağı baş tutub. Bu barədə “Xalq cəbhəsi”nə adıçəkilən təşkilatdan məlumat verilib. DSDİB-nin sədri Faiq Balabəyli, sədr müavini Hüseyn Sözlü, birliyin maliyə işləri üzrə sədr müavini İlham Qəhrəman, mətbuatla əlaqələü üzrə məsul şəxs Fərrux Həmidli, Birliyin loqosunun və digər sənədlərinin hazırlanmasında müstəsna xidməti olan tanınmış rəssam Sehran Allahverdinin iştirakı ilə keçirilən iclas da bir çox məsələlər müzakirə olunub. İctimai birliyin yerləşəcəyi faktiki ünvan, ofis məsələsinin tezliklə həll olunması, digər ofis avadanlıqlarının yerləşdirilməsi vəzifə iş bölgüsü müzakirənin əsas mövzusu olub. Təşkilatda fəaliyyət göstərəcək iki nəfər mütəxəssisin müqavillərini bağlanması, hələlik ictimai əsaslarla işlənilməsinin onların nəzərinə çatdırılması da iclasın gündəliydə olan əsas bəndlərindən biridir.
Bu vaxta qədər dəniçilərimiz tərəfindən olunan müakirələrin, xahişlərin, şikayət məktublarının əlaqədar təşkilatlara çatdırılması və həlli yolunda görülən və görüləcək işlər də təşkilatın sədri tərəfindən iclasda iştirak edilənlərin nəzərinə çatdırılıb.
Pandemiya ilə əlaqədar olaraq ictimai birliyin idarə heyətinin üzvləri, tanınmış dənizçi mütəxəssislər və kapitanlarla keçiriləcək görüş qeyri müəyyən vaxta qədər təxirə salınıb.