• 24 Aprel 2024
logo
Azərbaycanda avqustun 21-də Məhərrəm ayı başlayacaq

Azərbaycanda avqustun 21-də Məhərrəm ayı başlayacaq

Avqust ayının 21-də Azərbaycanda Məhərrəm ayı başlayacaq.

Bu barədə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib.

Onun sözlərinə görə, Aşura günü avqustun 30-na təsadüf edəcək.

F. Nurullayev eyni zamanda qeyd edib ki, oktyabrın 8-də Ərbəin olacaq (40 günü).

QMİ sədrinin müavini deyib ki, avqustun 31-dək ölkədə karantin rejimi olduğuna və 5 nəfərdən artıq adamın bir yerə yığılmasına icazə yoxdur: "Hazırda Məhərrəm ayı ilə bağlı qanvermə aksiyasının necə keçirilməsi məsələsi müzakirə olunur".