• 26 Sentyabr 2020
logo
Üsyançı sәfir haqda şok yazı vә iddialar

Üsyançı sәfir haqda şok yazı vә iddialar

Gün.az saytında “Həbəş” Brüsseli necə fəth etdi?- Gizli təfərrüat" başlıqlı yazı dərc olunub. Yazı müəllifi qeyd edir ki, apardığı araşdırmalar Arif Məmmədovun özü barəsində gizlətdiyi "maraqlı məqamlar"ın ortaya çıxmasına imkan verib.

Qeyd olunur ki, A.Məmmədovun babası Camal kişi öz nəvəsi gələcəyin prokuroru kimi görsə də, həmin dövrdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsi bəzi məmurların üzünə qapalı olduğundan, həm də Arifin orta məktəb göstəriciləri yaxşı heç nə vəd etmədiyindən C.Məmmədovun arzusu həyata keçməyib.

Yazıda qeyd olunur: "Belə bir vəziyyətdə o zamanın işbazlarından birinin SSRİ Müdafiə Nazirliyinin nəzdində Xarici Dillər üzrə Hərbi İnstituta yol tapması lap göydəndüşmə olur. Bu institutun nəzdində olan hüquq fakültəsi SSRİ hərbi prokurorluq sistemi üçün kadrlar hazırlayırdı. 20.-30.000 sovet rublu müqabilində bu yoldaş Arifi həmin fakültəyə düzəltməyə boyun olur. Yazılı inşa imtahanında Arifin çoxlu səhvlərə yol verməsi onun müsabiqəyə düşməsinə səbəb olur. İlkin məbləğ artırılmaqla onu tərcüməçilik fakültəsinə düzəltmək mümkün olur. Ciddi nitq qüsuru olan Arif (belə ki o, “r” səsini “l” kimi tələffüz edirdi ki, bu da tərcüməçi üçün ciddi qüsurdur) həbəş dili qrupuna salınır və Azərbaycandan gedən sovqatlar hesabına 1985-ci ildə bu fakültəni birtəhər bitirir".

Sonradan A.Məmmədovun Efiopiyada işləməyə getdiyini yazan müəllif qeyd edir ki, sovet ordusu biabırçı şəkildə Efiopiyadan çıxarılandan sonra Arif də geri dönür və yeni formalaşdırılan Xarici İşlər Nazirliyində işə düzəlir. Çünki o vaxt xarici dil bilən və xaricdə iş təcrübəsi olan kadrlara böyük ehtiyac var idi. Arif Məmmədov XİN-ə işə düzələrək protokol məsələləri ilə məşğul olmağa başlayır.

Daha sonra qeyd olunur ki, 1995-ci ildə Azərbaycanın Belçikada ilk səfirliyi açılır və Arif Məmmədov Brüsseldəki səfirlikdə II katib vəzifəsinə təyinat alır: "Atəşkəs təzə imzalanmış Azərbaycanda həmin dövrdə vəziyyət ağır idi. Arif isə Belçikada 1500-1800 dollar civarında əmək haqqı alırdı".

Müəllif yazır: "2000-ci ildə Arif Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri təyin olunur. Elə həmin gündən Brüsseldə səfir olan Mirhəmzə Əfəndiyevi saymamağa başlayır və hətta onunla danışmır.

Bundan sonra Arif rotasiya qaydalarına uyğun olaraq, Azərbaycanın Belçikadakı səfiri və sonra Avropa Şurası yanında səfiri olur".

Yazıda qeyd olunur ki, A.Məmmədovun Brüsseldə dəbdəbəli şəxsi villası var və bu villa Brüssel-Löven yolunun üstündədir.

Müəllif yazır: "Maliyyə maxinasiyalarına yaxşı bələd olan Arif dövlətin onun diplomatik rezidensiyası üçün ayırdığı kirayə pulları kreditə götürdüyü şəxsi villasının satınalma xərclərini ödəmək üçün istifadə edirdi. Sənədləri saxtalaşdıraraq Belçika hökumətini aldadan Arif Azərbaycanın maliyyə-mühasibat qaydalarını da ciddi şəkildə pozurdu.

Nəhayət, İslam Əməkdaşlıq Təşkilatının Brüsseldəki nümayəndəsi postunu tutan və bununla da, Brüsselə təyin olunan Arif “vətəni” Belçikaya yenidən qovuşur. Sonrası isə məlumdur".