• 20 Sentyabr 2020
logo
İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi ikinci televiziya müzakirəsini keçirdi

İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi ikinci televiziya müzakirəsini keçirdi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin həyata keçirdiyi “Qlobal şəbəkələrdən informasiya təzyiqinə qarşı effektiv mübarizə üsulları” adlı layihənin icrası davam edir.

Cebhe.info xəbər verir ki, bu gün layihə çərçivəsində ikinci televiziya müzakirəsi keçirilib.

“Sosial şəbəkələrdən istifadə zamanı yalan və ya böhtana, o cümlədən digər qanunsuz hərəkətlərə qarşı ictimai müqavimətin təşkili yolları” mövzusunda keçirilən müzakirədə layihənin moderatoru Vilayət Muxtar, ekspertlər Elman Cəfərli və Şaban Nəsirov iştirak edib. Müzakirə zamanı sosial şəbəkələrdə yalan və ya böhtana, o cümlədən digər qanunsuz hərəkətlərə qarşı mübarizədə ictimai müqavimətin vacibliyi vurğulanıb.

Sosial şəbəkələrdə nəzarət mexanizminin təşkili üçün hüquqi bazanın yaradılmalı olduğu qeyd olunub. Müzakirədə qeyd olunub ki, hər bir sosial şəbəkə istifadəçisində dövlət və milli maraqlarla bağlı ictimai məhsuliyyət prinsipləri ön planda olmalıdır. Natiqlər bu işdə maarifləndirici tədbirlərin keçirilməsini zəruri hesab ediblər.