• 29 Mart 2024
logo
"O, özünün qeyri-adi səmimiyyəti və təvazökarlığı ilə elə bir psixoloji əlaqə yarada bilirdi ki..."

"O, özünün qeyri-adi səmimiyyəti və təvazökarlığı ilə elə bir psixoloji əlaqə yarada bilirdi ki..."

Xəbər verdiyimiz kimi Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov bu gün haqq dünyasına qovuşub.

Moderator.az uzun illər mərhumla dostluq etmiş BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevə müraciət edərək onun fikirlərini öyrənməyə çalışıb:

"Allahın xeyirxahlıq üçün bu dünyaya gətirdiyi el ağsaqqalı, ictimai-siyasi xadim Fəttah Heydərov dünyasını dəyişib. Ağır yerişi, müdrik kəlamları, səbri və məsləhətləri, barış adamı olması, kin-küdurətdən uzaq, bağışlamağı bacaran, insanları dinləmək və onlara kömək etmək istəyi ilə ağsaqqallıq nümunəsi olmuş, ailəsinə son dərəcə bağlı bu Böyük insana Allah rəhmət eləsin, cənnətməkan olsun. Tale qismət elədi biz onunla deputat həmkarı olduq. O, özünün qeyri-adi səmimiyyəti və təvazökarlığı ilə hətta ilk dəfə görüşdüyü insanlarla yaşından asılı olmayaraq elə bir psixoloji əlaqə yarada bilirdi ki, hər kəs onu özünün doğmalarından biri hesab edib dərdini bölüşər, ehtiyac hiss edərsə məsləhət, kömək istəməkdən çəkinməzdi. Mən bu ağır itki ilə əlaqədar xaıqımıza və mərhumun ailə üzvülərinə dərin hüznlə başsağlığı verirəm, Allah rəhmət eləsin, Allah səbr versin".
..