• 26 Aprel 2024
logo
Güclü külək əsib, yağış yağıb - FAKTİKİ HAVA

Güclü külək əsib, yağış yağıb - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.

Xidmətdən bildirilib ki, iyulun 29-u saat 15:00-a olan məlumatına əsasən, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Balakən, Şəki, Tərtər, Biləsuvar, Yardımlıda şimşək çaxıb, yağış yağıb.

Şimal-qərb küləyi arabir Naftalanda 34 m/s, Tərtərdə 27 m/s, Bərdədə 20 m/s, Xaçmaz, Ağdamda 18 m/s, Mingəçevirdə 16 m/s, Yevlaxda 15 m/s-dək güclənib.