• 20 Aprel 2024
logo
Azərbaycanda 6 ayda 5303 zəlzələ qeydə alınıb

Azərbaycanda 6 ayda 5303 zəlzələ qeydə alınıb

“Bu ilin 6 ayında büro tərəfindən 5303 (uzaq, regional və Azərbaycan) zəlzələ qeydə alınıb”.

APA-nın nməlumatına görə, bunu “Azərbaycan və ətraf bölgələrdə baş vermiş zəlzələlərin tədqiqi” mövzusunda çıxış edən nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələlərin tədqiqatı bürosu”nun rəisi, Yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova deyib.

O bildirib ki, həmin zəlzələlədən 2029-u yerli, 2134-ü isə regional zəlzələlər olub:

“1140 isə uzaq zəlzələlərdir. İlin birinci yarısında Azərbaycan və ona bitişik ərazilərdə maqnitudası 3-dən yuxarı olan (ml>3) 47 zəlzələ qeydə alınıb ki, onlardan da 11-i hiss edilən zəlzələlərdir”.