• 1 İyul 2025
logo
Lənkəranda qəzaya uğramış İran gəmisinin heyəti xilas olunub

Lənkəranda qəzaya uğramış İran gəmisinin heyəti xilas olunub

Lənkəranda qəzaya uğramış İran gəmisinin heyəti xilas olunub. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildiriblər.
Məlumata görə, bu gün saat 14:15-da Dövlət Sərhəd Xidmətinin Sahil Mü¬ha¬fi¬zə¬sinin Baş Komanda-Nəzarət Mərkəzinə İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin Lənkəran rey¬din¬də sa¬hil¬dən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata ke¬çirən “Tufan” tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə gön¬də¬ril¬ib.
Sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliy¬yatına başlamış, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib.
Heyət xilas edildikdən sonra saat 16:22-də gəmi batıb.