• 19 Aprel 2024
logo
Ötən gecə Milli Məclisin binasına dəyən ziyanın məbləği açıqlanıb

Ötən gecə Milli Məclisin binasına dəyən ziyanın məbləği açıqlanıb

Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçılarının törətdiyi dağıntılar zamanı Azərbaycan Respublikasının Milli Məclisinə ümumilikdə 22 150 manat məbləğində maddi ziyan dəyib.

Bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

"Parlamentdə baş verən təxribatçı fəaliyyəti qəti şəkildə pisləyir, Xalqımız, Dövlətimiz, ölkəmizin ərazi bütövlüyü uğrunda müsəlləh olan ordumuz, döyüşlərdə şəhid olan hərbçilərimiz və mülki şəxslərin ruhu qarşısında məsuliyyət daşıdığımızı ifadə edirik", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, ötən gecə Milli Məclisin qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi qeyri-qanuni olaraq Parlamentin inzibati binasına daxil olub. Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib, Parlamentin əmlakına və inventarına ziyan vurub.