• 26 Noyabr 2020
logo
Lənkəran limanı yaxınlığında İran gəmisi qəzaya uğrayıb

Lənkəran limanı yaxınlığında İran gəmisi qəzaya uğrayıb

Lənkəran limanı yaxınlığında İran gəmisi qəzaya uğrayıb.
Dövlət Dəniz Agentliyindən verilən məlumata görə, saat 14:10-da İran İslam Respublikasının bayrağı altında üzən Şəbahəng quru - yük gəmisindən Lənkəran limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə qəza həyəcan siqnalı daxil olub.
Qərargah tərəfindən Fövqəladə Hallar Nazirliyinin 2 helikopteri və Dövlət Sərhəd Xidmətnin gözətçi gəmisi hadisə yerində xilasetmə əməliyyatına cəlb edilib. Xilasetmə əməliyyatları həyata keçirilir.