Ermənistanda yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar tətbiq edilən fövqəladə vəziyyət rejiminin müddəti avqustun 12-dək uzadılıb.
APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bu barədə qərar Ermənistan hökumətinin iclasında qəbul edilib.
Qeyd edək ki, Ermənistanda fövqəladə vəziyyət rejiminin müddəti iyulun 13-də başa çatırdı.
Xatırladaq ki, Ermənistanda indiyədək 32 151 nəfər koronavirusa yoluxub, 573 nəfər ölüb.