• 25 Aprel 2024
logo
Gəncədə leysan yağıb, yaşayış evlərini, həyətyanı sahələri su basıb

Gəncədə leysan yağıb, yaşayış evlərini, həyətyanı sahələri su basıb

Ötən gecə leysan yağış Gəncədə fəsadlar törədib.

Gecə saatlarından başlayan aramsız yağış nəticəsində şəhərin Gülüstan qəsəbəsində və digər yerlərdə yaşayış evlərini, həyatyani sahələri su basıb.

Yağışdan ziyan çəkmiş ərazilərə Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Niyazı Bayramov və müavinləri, həmçinin Kəpəz və Nizami rayon İcra hakimiyyətinin başçıları, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri gəlib. Əraziyə baxış keçrilib, yaranmış problemlərin aradan qaldırılması istiqamətində tapşırıqlar verib.

Evlərə və həyətlərə dolan sular FHN-nin xüsusi qurğuları vasitəsi ilə çəkilib. Hazırda yaranan problemlərin aradan qaldırılması istiqamətində işlər görülür.