• 19 Mart 2024
logo
Azərbaycandan 120 İran vətəndaşının ölkəsinə qayıtması təmin olunub

Azərbaycandan 120 İran vətəndaşının ölkəsinə qayıtması təmin olunub

Azərbaycandan 120 İran vətəndaşının ölkəsinə qayıtması təmin olunub.

Bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Koronavirus epidemiyası səbəbi ilə sərhədlərin bağlanması nəticəsində Azərbaycanda qalan İran vətəndaşları ölkələrinə qayıtmaları həyata keçirilir. Bu gün 120 nəfərlik qrup İran-Azərbaycan sərhədini keçərək ölkəsinə gedib.

İndiyədək 7 qrup şəklində 905 nəfər İran vətəndaşı ölkəsinə geri qayıdıb.

Qeyd edək ki, İran-Azərbaycan sərhədi mart ayından bağlanıb və iki ölkə arasında hava uçuşları da dayandırılıb.

Sərhədlərin bağlanmasına baxmayaraq nəqliyyatın gediş-gəlişi üçün şərait yaradılıb və yük daşımaları davam etdirilir.