• 19 Mart 2024
logo
Ədliyyə sistemində çalışan şəxslərdən və məhkumlardan götürülən test nümunələrinin sayı açıqlanıb

Ədliyyə sistemində çalışan şəxslərdən və məhkumlardan götürülən test nümunələrinin sayı açıqlanıb

Ədliyyə sistemində çalışan şəxslərdən və məhkumlardan götürülən test sayı açıqlanıb.

Nazirlikdən verilən məlumata görə,

bu günədək ədliyyə sistemində çalışan şəxslərdən və məhkumlardan 13 minədək test nümunələri götürülüb. Aparılmış kütləvi test müayinələri nəticəsində cəmi 18 nəfərdə virusun göstəriciləri pozitiv çıxıb.

Məlumatda bildirilir ki, həmin şəxslər dərhal izolyasiya olunub və xüsusi müalicə müəssisinə yerləşdirilib. Bu tibb ocağı zəruri avadanlıq və dərman vasitələri, habelə xüsusi havalalandırma sistemi ilə təchiz olunub.

Qeyd edilib ki, hazırda virusa yoluxmuş məhkumların sağlamlıq durumu kafidir, ağır vəziyyətdə olan yoxdur. Onların müalicəsi üçün müvafiq tədbirlər görülür və səhhətləri daim həkim nəzarətində saxlanılır.