• 3 Avqust 2020
logo
Virusa yoluxmuş 2 məhkum vaxtından əvvəl azadlığa buraxılıb

Virusa yoluxmuş 2 məhkum vaxtından əvvəl azadlığa buraxılıb

“Təcridxanalarda yoluxmalar qeydə alınır”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, 12 saylı cəzaçəkmə müəssisəsində 11, 14 saylı cəzaçəkmə müəssisəsində 5, qadınların cəza çəkdiyi müəssisədə 2 məhkumun testi müsbət çıxıb: “Yeni yoluxan həmin 18 nəfərdən ikisi qanunvericiliyə uyğun şəkildə vaxtından əvvəl şərti azadlığa buraxılaraq, müalicə almaq məqsədilə TƏBİB-ə təhsil verilib. Qalan şəxslər isə izolyasiya edilərək müalicələri davam etdirilir. Penitensiar xidmətdə də yoluxma halları baş verir”.