• 18 Sentyabr 2020
logo
Məcburi köçkünlər məskunlaşan tikilidə yanğın - Xəsarət alan var

Məcburi köçkünlər məskunlaşan tikilidə yanğın - Xəsarət alan var

Bərdə rayonunun Qırmızı Samux qəsəbəsində ümumi sahəsi 270 m² olan tikilinin (məcburi köçkünlər məskunlaşıb) dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə və ümumi sahəsi 70 m² olan evin mətbəxinın tavanı və içərisindəki əşyalar 12 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın zamanı 1 nəfər xəsarət alıb.
Tikilinin və evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.