• 27 Sentyabr 2020
logo
Bakıda məhkəmə hakimi dünyasını dəyişdi

Bakıda məhkəmə hakimi dünyasını dəyişdi

Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Məzahir Sadıqov dünyasını dəyişib.

Trend-in məlumatına görə uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən hakim bu gün səhər saatlarında vəfat edib.

1963-cü il təvəllüdlü M. Sadıqov də 2005-2010-cu illərdə Bakı şəhəri 13 saylı Hüquq Məsləhətxanasında vəkil, 2010-2015-ci illərdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi, 2015-ci ildən isə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb.